HAQQINDA

BEYNƏLXALQ KERAMİKA SİMPOZİUMU <br> ŞƏKİ - 2019

BEYNƏLXALQ KERAMİKA SİMPOZİUMU
ŞƏKİ - 2019

"TƏBİƏTDƏN TARİXƏ"

Azərbaycan xalqı mürəkkəb tarixi yol keçmiş ən qədim xalqlardan biridir. Əsrlər boyu burada zəngin və fərqli bir mədəniyyət yaradılıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı da bu mədəniyyətin ən inkişaf etmiş sahələrinin birinə çevrilib. Bədii yaradıcılığın hər bir növü Azərbaycan xalqının istedadını və mənəvi zənginliyini sübut edir.

 

Dekorativ-tətbiqi sənət nümunələrindən biri olan keramika sənəti bütün insanlıq üçün ən qiymətli mədəni irs hesab olunur. Qədim köklərə malik xalqların böyük tarixinin sübutu onun keramikası ilə də müəyyən edilir. Tarix boyunca keramika insan məişəti ilə bağlı olub, onun estetik zövqü və dünyagörüşünü ifadə edir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları aşkar olunub.

 

2019-cu il 20 may - 2 iyun tarixləri aralığında "ABAD" publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan “Təbiətdən Tarixə” adlı Şəki Beynəlxalq Keramika Simpoziumun məqsədləri:

  1. Mədəni ənənələri gücləndirmək, onları təbliğ etmək və dəstəkləmək;
  2. İştirakçı-rəssam-keramist arasında peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təcrübə mübadiləsi;
  3. "Təbiətdən Tarixə" Birinci Beynəlxalq Simpoziumun iştirakçıları və ziyarətçilərini keramika sənətinin müasir tendensiyaları ilə tanış etmək;
  4. Simpoziumun iştirakçılarının keramika əsərlərindən kolleksiyanın yaradılması.

Şərtlər 

- Xarici ölkə vətəndaşı olmalı;

- 18 yaşdan yuxarı olmalı;

- Keramika sahəsində təcrübəsi olmalıdır.

 

Qeyd: Müraciətlər üçün son tarix - 10.04.2019

Beynəlxalq nəqliyyat istisna olmaqla, digər bütün xərclər təşkilatçı tərəfindən qarşılanacaq.