Şəki

Şəki

Qədim şəhər - Şəki

Şəki mənzərəsi olan dağlıq ərazidə yerləşir.

Yaşıl vadiləri, son dərəcə estetik görünüşə malik dərələri, buz kimi bulaqları, şəffaf suları ilə diqqəti cəlb edən çayları, məxməri çəmənlikləri buranın təbiətinə xüsusi gözəllik verir. Arxeoloji qazıntılar Şəkinin Qafqazda ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Buradakı bəzi tapıntıların 2500 yaşı var. Şəki I əsrdə Alban dövlətinin ən iri şəhərlərindən biri olmuşdur. Qədim Alban məbədi məhz bu ərazidə yerləşirdi.

Şəki dünya okeanı səviyyəsindən 500-850 m hündürlükdə yerləşir. Şəhərdə çoxlu tarixi və arxitektur məkanlar mövcuddur. Şəki xanlığının iqamətgahı olan «Xan sarayı» da şəhərin rəmzi kimi qəbul olunur. Saray binasında divarlar, zallar və otaqların pəncərə çərçivələri vitraj xarakterli şəbəkə-pəncərələrlə tamamlanmışdır. Şəbəkələrin naxışları kiçik taxta detallarından yapışqan və mismar istifadə edilmədən, keçirmə üsulu ilə yığılmışdır.

Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim və keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir. Belə tikililərdən biri də Şəkinin Narınca qalasıdır. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan, Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilmişdir.

Tacirlərin, səyyahların gəlib-keçdiyi qonaq-qaralı qədim şəhər əsrlərlə vacib bir missiyanı yaşamış, özünəməxsusluğu, ənənələrini qoruyub saxlamışdır. Şəkinin qədimliyi heç bir urbanik təsirdən pozulmayaraq, müasirləşmənin içində yox olmayıb. Buradakı qədim tikililər, tarixi və memarlıq abidələr lazımi şəkildə qorunaraq, nəsildən-nəsilə ötürülür.

 

Şəki
Şəki
Şəki
Şəki
Şəki
Şəki
Şəki
Şəki
Şəki
Şəki